Sabir
işığından güc alanlar
Mayın
30-da tanınmış iş adamı, xeyriyyəçi-şair
Gülağa Tənhanın prezidenti olduğu "Gülağa
Qənbərov" Xeyriyyə Fondu ölkəmizin tanınmış
simalarını ustad Sabirin məqbərəsi ətrafında
bir araya gətirdi
Hər
il mayın 30-u Şamaxının fəxri qəbiristanlığı
ustad Mirzə Ələkbər Sabir poeziyasının nuruna qızınaraq,
haqqa-ədalətə və əsl vətəndaşlığa
könül verənlərin ziyarət yerinə çevrilir.
Çünki həmin gün - mayın 30-u şairin doğum günüdür
və hər il həmin gün "Sabir poeziya günləri"
kimi bayram edilir...
Tarixə
qısa ekskursiya: 1962-ci ildə ustad şairin anadan olmasının
100 illiyində, nəhayət ki, Azərbaycan Yazıçılar
Birliyi tarixi qərar qəbul etməli oldu. Beləliklə,
hər il mayın 30-da "Sabir poeziya günləri"nin keçirilməsinə
qərar verildi.
Sonra
"Sabir poeziya günləri"nin keçirilməsinə
haqqı çatan Təşkilat Komitəsi təsis olundu
və komitənin ilk sədri xalq şairi Rəsul Rza oldu...
***
...Düz
17 ildir ki, "Sabir poeziya günləri"nin Təşkilat
Komitəsinə xalq şairi Qabil rəhbərlik edir. Bu il
də xalq şairi Qabilin rəhbərliyi və ağsaqqallığı
ilə Azərbaycanın tanınmış simaları "Sabir
poeziya günləri"ndə ulu Sabirin söz işığına
toplaşmışdılar...
Sabirin
məqbərəsi yenidən qurularaq, şairin hörmətinə
və xalqımızın adına layiq səviyyəyə
gətirildi
...Yadımdadır,
neçə il bəzi məmurlar müstəqil
qəzetləri kütləvi məhkəmə çəkişmələrinə
cəlb etmişdilər. Məhkəmə iddialarında
qəzetlərdən fantastik rəqəmlərlə ifadə
olunan təzminatlar istənilirdi, o cümlədən də
"Təzadlar"dan nə az, nə çox, 2 milyard manata
yaxın bir məbləğ! O vaxt mərhum prezident H.Əliyev
jurnalistlərlə görüşündə həmin
məmurlara müraciətlə belə məhkəmə
çəkişmələrindən çəkinməyi
və əl çəkməyi tövsiyə etdi...
Məhkəmə
iddialarına etiraz əlaməti olaraq Redaktorlar Birliyinin üzvləri
kimi o vaxt Şamaxıya yollandıq və ustad Sabirin məzarını
ziyarət etdik. Məqsədimiz şairə "Şikayət"
etmək və bildirmək idi ki: "Ey ustad, bu hesabla görün
siz o vaxt - XIX əsrin sonları və XX əsrin
əvvəlləri - "Hophopnamə"ni yazanda, "Molla
Nəsrəddin"i yazdırıb və oxutduranda
nələr çəkmisiniz. Amma o vaxt çar hökumətinin
məmurları, mülkədarlar, mollalar... Sizi bu cürə
məhkəməyə verməmişdilər..."
Həmin
tarixi şəkillər redaksiyamızın arxivindədir
və biz jurnalistlər onda ustad
şairin məzarüstü abidəsinin ən azı xalqımızın
adına layiq olmadığını təəssüf hissi
ilə düşündük. Və o vaxt ürəyim(iz)dən
keçdi ki, kaş, bu xalqın elə bir imkanlı və
əliaçıq, təmənnasız bir oğlu qabağa
dura, şairin qəbirüstü abidəsini
məqbərəyə çevirə.
"Təmənnasız
oğlu" - ifadəsini təsadüfən işlətmədim.
Çünki xalqın çörəyini yeyib pulunu çırpışdıran,
sonra xalqa özünün pulu ilə (yəni xalqın pulu
hesabına) məscid tikdirən, məktəb təmir
etdirənləri və il boyu ekranlardan düşməyərək
xalqa minnət qoyanları çox görmüşük. Görün,
bəs onda ömrünü xalqının yolunda şam kimi
əridən tarixi şəxsiyyətlərimiz
neyləməliydilər?
***
...Sanki
uzaq ölkədə, qəriblikdə yaşayan Vətən oğlu
Gülağa Tənha qəlbimizdən keçən bu
istəkləri duymuşdu. Onun ötən ilyarım
əvvəl Şamaxıya gəlməsi və Sabirin
məqbərəsinin arzulanmayan görkəmdə olmasını
görməsi bəlkə də hamımızı bu narahatlıqdan
xilas etdi. Tanınmış iş adamı və şair Gülağa
Tənhanın az keçmiş - ötən ilin mayın 30-da
"Sabir poeziya günləri"nin qonağı və iştirakçısı
olması ilə ustad Sabirin hörmətinə və xalqımızın
adına layiq olacaq məqbərənin təməlqoyma
mərasimi keçirildi... Gülağa Tənha növbəti
"Sabir poeziya günləri"ndə hamını
məqbərənin açılışına dəvət
etdi.
Bu
dəvət, əslində xalqın pulunu qazananları bu xalqın
da yolunda az-çox iş görməyə, xeyriyyəçiliyə
pul xərcləməyə dəvət idi... Ən vacibi, Gülağa
Tənhanı digər xeyriyyəçilərdən
fərqləndirən həm də odur ki, o, Azərbaycanda
xeyriyyəçiliyə yönəltdiyi pul vəsaitini xarici
ölkələrdə qazanır!.. Yəqin ki, ona
təmənnasız xeyriyyəçi adını və hörmətini
qazandıran da məhz elə budur...
Azərbaycanın
tanınmış simaları "Sabir poeziya günlərin"də
bir araya gəldilər
...Jurnalist
həmkarlarımdan biri məndən soruşdu ki, görəsən,
bu məqbərənin tikintisinə nə qədər pul
xərclənib? Dedim ki, əvvəla, Gülağa Tənhanın
xeyriyyəçiliyi təmənnasız olduğundan pul vahidi
ilə ölçülmür! İkincisi, ustad Mirzə Ələkbər
Sabirin xalqımızın ziyalanması yolunda çəkdiyi
zəhməti əvəzində indi görülən işlər
yəqinki pul vəsaiti miqdarı ilə ölçüyə
gələn deyil...
***
...Amma
müasir bazar prinsipləri ilə yaşayan Azərbaycanın
nəzəri ilə yanaşsaq, məqbərənin
tikintisinə böyük zəhmət çəkilib...
Mayın
30-da məqbərənin açılış
mərasimində çıxış edənlər, ustad
Sabirin qohumları, ailə üzvləri bu barədə
ətraflı danışdılar.
Beləliklə,
əvvəlcə Sabirin ev muzeyinin ziyarəti ilə başlanan
tədbirlərə start verildi. Şamaxı rayon İcra
Hakimiyyətinin başçısı Natiq Məmmədov
Sabirin məqbərəsinin açılış
mərasiminə gələn dəyərli qonaqları -
ziyarətçiləri salamlayaraq qırmızı lenti
kəsdi. N.Məmmədov xeyirxah və nəcib, digər
sahibkarlara, iş adamlarına örnək olacaq addımına
görə Gülağa Tənhaya minnətdarlığını
yetirdi.
***
Sonra
söz Respublika Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anara verildi. O, ustad Sabirin yaradıcılığının
həmişə dəyərini itirmədiyini, əksinə,
illər ötdükcə daha da müasirləşən olduğunu
söylədi. Yazıçı Anar tanınmış iş
adamı, şair Gülağa Tənhanın ulu Sabirə
və Sabirsevərlərə, Azərbaycan ziyalılarına
etdiyi töhfəsinə, xeyriyyəçilik işinə görə
təşəkkürünü yetirdi. Həmçinin
Azərbaycan Yazıçılar Birliyi Rəyasət
Heyətinin şair Gülağa Tənhaya xüsusi mükafat
və diplom veriləcəyi qərarını da qeyd etdi.
Qərara görə, xeyriyyəçi-şair Gülağa
Tənha Yazıçılar Birliyinin təsis etdiyi "Azərbaycan
ədəbiyyatına qayğı" mükafatı ilə
təltif edilmişdir.
Gülağa
Tənha ustad Sabirin ruhuna ən böyük töhfəsini yeni
yazdığı şeri ilə bildirdi
Sonra
söz xeyriyyəçi-şair Gülağa Tənhaya verildi.
Gülağa Tənha Sabir poeziyasının həmişə
kəsərli olduğunu, həmişəyaşarlığını
qeyd edərək Sabir yaradıcılığının böyük
satira məktəbi olduğunu dedi. O, bu qənaətini Sabir
haqqında yazdığı şeri ilə davam etdirdi (Həmin
şeri təqdim edirik. Şer ilk dəfə "Təzadlar"da
dərc edilib).
G.Tənha
həmçinin Şamaxı RİH başçısı
N.Məmmədova göstərdiyi mənəvi
dəstəyə görə minnətdarlığını
bildirdi.
G.Tənha
daha bir istəyini də dilə gətirdi: "Mənim bu
məqsədli xeyriyyəçiliyim davamlı olacaq... Bu gün
ən böyük istəyimdən biri də ümummilli
liderimiz Heydər Əliyevin arzusunu gerçəkləşdirərək
Füzulinin qəbrini Vətənə gətirməkdir. Bunun
üçün lazım olan bütün köməyi
etməyə hazıram..."
***
..."Sabir
poeziya günləri" sonra təzə açılmış
məqbərənin ziyarəti ilə davam etdirildi...
Tədbirə Azərbaycanın tanınmış simaları -
millət vəkili, görkəmli yazıçı Maqsud
İbrahimbəyov, akademiklər Bəkir Nəbiyev, Akif Əlizadə,
xalq yazıçısı Əlibala Hacızadə, xalq şairi
Fikrət Sadıq, professor Nizaməddin Şəmsizadə,
bəstəkar Faiq Sücəddinov və digərləri qatılmışdılar.
***
Beləliklə,
"Gülağa Qənbərov" Xeyriyyə Fondunun
maliyyə dəstəyi ilə tikilən
Sabirin məqbərəsi bu gün Sabirsevərlərin
ziyarətgahına çevrilib... Tanrı
ziyarətinizi qəbul etsin!
Tanrı
qiymətini versin!
Asif
MƏRZİLİ, Bakı-Şamaxı-Bakı
P.S.
Növbəti yazımızda tanınmış xeyriyyəçi-şair
Gülağa Tənhanın təmənnasız xeyriyyəçiliyinə
məhəbətlə yazılaraq redaksiyamıza göndərilmiş
məktublara rəğmən, Gülağa Tənhanın
xeyriyyəçiliyinin görünməyən
tərəflərindən bəhs edəcəyik.
Sabirin
məzarı önündə düşüncələr
Gülağa
Tənha
Ey
qəmini gizlədib gülə-gülə ağlayan,
Riyakar
insanların ürəyini dağlayan,
Məzlumların
ahı tək gah inləyən, çağlayan
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Sən
"Fəhlə" dünyasını diksindirən
səsiydin,
Məzlum
"Əkinçi"lərin təngiyən nəfəsiydin,
"Ay
haray!" - deyənlərin yaşamaq həvəsiydin,
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Məmdəlilər
ömrünü üyüdürdü dən kimi,
Taleyinə
çökdürdü duman kimi, çən kimi,
Qoymurdular
sevəsən Vətəni Vətən kimi,
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Dedin:
"Urusbaşdılar", bir belə zülmət olmaz!
Bir
belə əzab olmaz, bir belə zillət olmaz!
Özgəyə
möhtac olan millətdən millət olmaz!
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Dərdi
böyük görüncə səbr edib Sabir oldun,
Millətçin
ağlamaqda tənha oldun, bir oldun,
Neçə
müridlər üçün ocaq oldun, pir oldun,
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Gülə-gülə
ağlayan, ağlayaraq gülən - sən!
Bu
millətin yolunda dirigözlü ölən - sən!
Zülmətlərin
içində gün tək çıxıb gələn -
sən!
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Təxti-Qubad,
Cami-Cəm - məmləkət satanlara,
Daş
qəlbini daş kimi daşlığa atanlara,
Hər
sözün bir Daş oldu qəflətdə yatanlara,
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
Bu
gün məzarın üstə yığışıb
ellər gəlib,
Səni
bağrına basan dərdli könüllər gəlib,
Dəstə-dəstə
çiçəklər, ətirli güllər gəlib,
"Ey
ürəyi qan olan" qəm-qübarlı Sabirim!
İçərişəhərdə
nə tikilir?
Qeyri-rəsmi
məlumatlara görə, otel və mədəniyyət
mərkəzi
"OLAYLAR"a
adını açıqlamayan mənbələrdən daxil
olan məlumata görə, İçərişəhər Böyük
Qala küçəsi ərazisində yerləşən köhnə
(qədim olmayan) binalar və evlər söküləcək. Müdafiə
Nazirliyinin orada yerləşən komendaturası və
ərazidə yaşayış sahəsi olan sakinlər köçürüləcək.
Məlumatlara
görə, komendatura üçün Biləcəri
qəsəbəsində bina artıq tikilib. Sakinlərə
gəlincə isə, onlara mənzillərinin kv.m-nə görə
pul ödənilərək çıxarılacaq.
Adını
açıqlamayan mənbənin sözlərinə görə,
əhalinin çıxarılmasına 13 milyon dollar ayrılıb.
Ümumilikdə ərazidə bu işlərin görülməsi
üçün 60 milyon ABŞ dolları vəsaiti ayrılıb.
Qeyri-rəsmi məlumata görə, pulun sahibi YUNESKO-dur.
Deyilənə görə, həmin ərazidə YUNESKO böyük
bir otel və mədəniyyət mərkəzi inşa
etmək istəyir. Amma hələlik sakinlərlə dil tapılmadığından
iş müşkülə düşüb.
Sabir
Abdulla
Qiblə
(Poema)
İşğal
olunmuş Azərbaycan torpaqlarının gözü yol çəkir.
Səba
yeli saçlarımı sığallar,
Saçlarımı
el həsrəti ağartdı.
Arzularım
çiçək açdı - ilk nübar,
İlk
nübarı kimsə vurub qopartdı.
Uzaq
düşdüm doğma yurddan, obadan,
Yana-yana
kül olmadım, dağ oldum.
Quşa
dönüb uçub getdim yuvadan,
Bəhrəsini
özgə yığan bağ oldum.
Meh
titrəyər, çay, çeşmələr çağlayar,
Gölməçədən
könül açan göl olmaz.
Dibçək
gülü çölə baxıb ağlayar,
Dibçəklərdə
bitən güldən gül olmaz.
Öz-özünə
gor qazıyar, tor qurar,
Yad
diyarı gözəl, ulu görən kəs.
Yad
ocağın tüstüsündə boğular
Yad
ocağın istisinə qızan kəs.
Uşaqlığım
sinəm altda hönkürər,
Gecə-gündüz
gözlərimdə o dünyam.
Yaşa
doldun sən, ay ürək, indi gəl,
Özün
alış, özün odlan, özün yan.
Bu
dünyanın hər sirrindən mən agah,
O
dünyada nə bəy vardır, na də qul.
Azərbaycan
qibləgahdır, qibləgah,
Sən
qibləyə üzünü tut, namaz qıl.
Hara
getsən, qabağında el durub,
İlahidən
tərtəmizlik istə sən.
Ana
yurdum yaddaşımda həkk olub,
Aç,
vərəqlə, oxu nə vaxt istəsən.
Yollarımız
toz içində itibdi,
Darvazalar
qıfıllanıb, bağlanıb.
Bağ-bağçada
kol-kos, qanqal bitibdi,
Halsız
babam sinəsindən dağlanıb.
Ulu
dağlar keçəlləşib, dazlaşıb,
Palıd,
cökə bu yerlərdən köçübdü.
"Qızlar
bulağı"nın suyu azalıb,
Hansı
namərd bu sulardan içibdi?
Qızardıb
yamacı zoğal ağacı,
Zirincin
yanağı yanır meşədə.
Ceyransız,
cüyürsüz qalıb qucağı,
Sanıram
od tutub yanır meşə də.
Özünü
qayadan asıb şəlalə,
Qayalar
kədərdən cadar-cadardır.
Özünü
düzəndə yandırıb lalə,
Bu
nə dərd, nə qismət, bu nə qədərdir.
Təklənib
bənövşə, quzuqulağı,
Çiyələk
tərəfə addım atılmır.
Yetim
Məhərrəmin itib ulağı,
Qonşu
Məhəbbətin qaşı çatılmır.
İnsan
nəfəsinə həsrətdi moruq,
Yaylağın
baxışı giley-güzardı.
Yovşan
oylağına dönübdü qoruq,
Hara
boylanırsan mərdimazardı.
Bayquş
səsi ev-eşiyi qəmləyir,
Qaranquşun
yurd-yuvası çatlayır.
Təpəl
inək inildəyir, mələyir,
Sağan
yoxdur, döşləri də partlayır.
Hara
baxsan oğrun-oğrun çən gəlir,
Kim
alacaq, Vətən, sənin qadanı?
Qaloşları
cırıq Həmid qəmlənir,
Çatlaq-çatlaq
olub, yanıb dabanı.
Oğul
getdi vuruşmaya gəlmədi,
Nur
Həmidin yeddi qızı, bir oğlu.
Yeddi
bacı qardaş toyu görmədi,
Yeddi
bacı ağlamaqdan kor oldu.
Qozbel
İdris dən üyüdür - dəni yox,
Dəyirmanın
daşı müftə fırlanır.
Namaz
qılır - imanı yox, dini yox,
Toy-düyündə
araq vurur dolanır.
Səsi
gəlmir sazın, zurna-qavalın,
Müğənnilər
meydan tutub pul yığır.
Toy
etməyə imkanı yox Camalın,
Qızı
qaçıb, de, neyləsin bu fağır?
Qara
köpək ac sülənir çöllərdə,
Sarı
pişik hara qaçıb, görünmür?!
Axşam-axşam
qurbağalar göllərdə
Quruldamır,
heç oxumur, öyünmür.
Kürt
toyuğun yuvası da soyuyur,
Yumurtalar
qabarlandı, çatladı.
Telli
nənəm oyum-oyum oyulur;
"Halım
yoxdu, yəqin Əcəl atdadı".
Arsız
xoruz aram-aram banlayır,
Quzu
küsüb, ilişibdi kollara.
Bacım
məni ürəyində danlayır,
"Nə
zülümdü, qardaş, düşdün yollara?"
Ağ
atımız bulud kimi kişnəyir,
Xumar
keçi çəpişlərdən bezdimi?!
Axsaq
ördək heç qanmayır "kiş" nədir,
O
sahildən bu sahilə üzdümü?!
Tut
ağacı qollarını sallayıb,
Qoz-fındığı
dərən, yığan tapılmır.
Araz
çayı nə xəbərsə yollayıb,
O
xəbərdən baş çıxaran tapılmır.
Öndən
gəlir qilü-qallı qış günü,
Mənsiz
anam için-için ağlayır.
Toy
paltarım saxlanılan mücrünü
Gündə
yüz yol açır, baxır, bağlayır.
Son
evimiz böyüyübdü, dolubdu,
Məzarlar
da qocalaşıb, yaşlaşıb.
Məzar
üstdə kim son dəfə olubdu,
Nədən
belə ürəyimiz daşlaşıb?!
Dərdsiz
adam yer altdadı, üstdə yox,
Dərd
əhlinin kürəyi yaş, gözü yaş.
Vətən!
- deyib haray salan, coşan çox,
Yada
düşmür dərdə batan vətəndaş.
Səba
yeli saçlarımı sığallar,
Saçlarımı
el həsrəti ağartdı.
Arzularım
çiçək açdı - ilk nübar,
İlk
nübarı kimsə vurub qopartdı.
Moskva,
yanvar 2003-cü il