Qəzetlərin məlumat  almaq hüququ

Məmurlardan kimlər bu hüququ  pozmaqda daha çox maraqlıdır?

Zərdabi Mətbuat Mərkəzinin keçirdiyi monitorinqin nəticələrinə görə KİV-lərə ən operativ və dürüst məlumat verən Xarici İşlər Nazirliyi, "ağzına su alıb susan" isə Hərbi Sənaye Nazirliyidir.
Ötən həftə BMM-də Zərdabi Mətbuat Mərkəzinin təşkilat
çılığı,  Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir ölkədə ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyəti və tendensiyaları müəyyənləşdirməyə həsr olunmuşdu.
Tədbiri açan ZMM-nin rəhbəri İbrahim Məmmədli jurnalistlərə layihənin məqsəd və məramı haqqında məlumat verdi.
İ.Ələsgərli dedi:
- Müasir Azərbaycan mediasının ən problemli cəhətlərindən biri də ilk mənbədən informasiya almaqda çətinlik çəkməsidir.
Əslində bunu təkcə jurnalistikanın deyil, bütövlükdə cəmiyyətin problemi kimi xarakterizə etmək mümkündür. Ona görə də ZMM yarandığı gündən məsələyə diqqət yetirib, bununla bağlı araşdırmalarına ara verməyib.
ZMM apardığı araşdırmalar nəticəsində eyni zamanda müəyyənləşdirib ki, ilk mənbədən informasiya alınmasındakı problemləri şərtləndirən daha bir cəhət mətbuatın iqtisadi durumunun aşağı olmasıdır.
Redaksiyaların əksəriyyətində jurnalistlər olduqca az əmək haqqı ilə təmin olunurlar. Bu vəziyyət informasiyanın dəyərinin artırılması üçün daha mötəbər mənbələrə üz tutmalara mane olur. Jurnalistlər eşitdiklərini, dəqiq faktlara əsaslanmayan materialları qələmə alırlar, şaiyəni mötəbər mənbənin məlumatı kimi təqdim edirlər. Əsas məsələ nəyisə yazmaq olur, informasiyanın ictimai dəyəri arxa plana keçir.

***

Ötən müddətdəki monitorinqlərimiz ilk mənbədən informasiya alınması sahəsindəki vəziyyəti göstərməklə yanaşı, KİV-lərimizdə bu sahədə tapdanan hüquqlara loyal, biganə yanaşma kimi bir xoşagəlməz tendensiyanın formalaşdığını aşkarlayıb. Təsəvvür edin ki, son üç ildə mətbu vasitələrimiz cəmi 5 dəfə bununla bağlı məhkəməyə müraciət ediblər. "Müxalifət" qəzetinin Maliyyə Nazirliyi (2001), "Cənub xəbərləri"nin Masallı maliyyə idarəsi (2002), "İnsan və zaman" qəzetinin Gəncə Pedaqoji Universiteti (2004) və yenə də "Müxalifət" qəzetinin AZAL Dövlət Konserni ilə bağlı qaldırdıqları iddialarda KİV-lərin xeyrinə qərarlar çıxarılıb. Lakin təəssüf olsun ki, "Müxalifət" qəzetinin bu ilin iyununda Maliyyə Nazirliyinə qarşı qaldırdığı iddia Nəsimi Rayon Məhkəməsində baxılarkən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 10.1 və 14.1.4 maddələrinin tələbləri pozulub.
Məhkəmə qərarları KİV-lərə informasiya verilməsi ilə məhdudlaşsa da, elə bilirəm ki, nümunə götürülməsi vacib misallardır.
Zənnimcə, jurnalistlərimiz informasiya alma məsələsinə nə qədər aktiv yanaşsalar, onlarla daha çox hesablaşarlar. KİV-ə məlumat verməkdən imtina edən məmurun cəzalandırılmaması onun qüsurlu fəaliyyətini gələcəkdə də davam etdirməsinə şərait yaradır. Burada haşiyə çıxım ki, İnzibati Xətalar Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinə əsasən qanunvericilikdə müəyyən edilmiş müddətdə sorğuya cavab verməməyə görə minimum əmək haqqının 40 mislindən 70 mislinədək, jurnalistə informasiya verilməsi üzərində məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 60 mislindən 90 mislinədək miqdarda cərimə nəzərdə tutulsa da, mülki məhkəmə icraatında işə baxan məhkəmələr İXM-də göstərilən normaları tətbiq edə bilmir, hətta bilərəkdən iddianı təmin etdikləri halda cavabdehlərin cərimələnməsi məqsədilə inzibati orqanlar, konkret olaraq prokurorluq qarşısında məsələ qaldırmır (ZMM bunu nəzərə alaraq belə hallarla əlaqədar Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına müraciətlər ünvanlayacaq).
Layihənin məqsəd və vəzifələrilə daha ətraflı tanışlığa iyul-avqust aylarında ilk mənbədən informasiya alınmasının vəziyyəti ilə bağlı tərtib olunan cədvəllər, həmçinin sorğu anketi ən yaxşı bələdçi ola bilər. Bununla belə, layihənin məqsəd və vəzifələri barədə qısaca da olsa, məlumat vermək istərdim.
Layihənin əsas məqsədi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bu sahədəki tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-ləri tanış etmək, jurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların bu sahədəki biliklərinin dərinləşməsinə nail olmaqdır. Bu məqsədlərə çatmaq üçün 20 aparıcı KİV-də dərc olunan materiallar əsasında ilk mənbədən informasiya alınması sahəsində vəziyyətlə bağlı monitorinqin keçirilməsi, "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" mövzusunda 3 "dəyirmi masa"nın təşkili, bölgələrdə ilk mənbədən informasiya alınması ilə bağlı vəziyyəti öyrənmək üçün səfərlərin təşkili, bu sahədəki qanun pozuntularının təzahür formalarının müəyyənləşdirilməsi, "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" kitabının hazırlanması və sair işlərin görülməsi nəzərdə tutulub.
Monitorinq üçün seçilən 20 qəzetin siyahısında mediamızın bütövlükdə palitrası özünü açıq-aşkar biruzə verir.
Yəni dövlət, müxalifətyönümlü, müstəqil nəşrlərdə monitorinq aparılması nəzərdə tutulub. Bu sırada "Müxalifət" qəzeti də olmalı idi. Qəzet çıxmasa da, aparılan sorğulardan kənarda saxlanılmayıb.
Bəs son iki ayın monitorinqi nələri aşkarlayıb? Monitorinqə cəlb olunan 20 qəzetdə hesablamalara görə, iyul ayında ümumilikdə, avqustda isə məlumat dərc olunub. Qeyd edək ki, ölkə həyatı ilə bağlı olmayan məlumatlar, rəsmi xronika həmin sırada nəzərdə tutulmayıb.
Ötən müddət ərzində ən çox məlumat "525-ci qəzet"də (617), "Ekspress"də (583) və "Gündəlik Azərbaycan"da (575) dərc olunub.
"Xalq cəbhəsi" (571), "EXO" (568) və "Azadlıq"da (561) gedən məlumatların sayında bir elə fərq yoxdur.
Oxşar vəziyyət ilk onluqda mövqe tutan "Kaspi" (554), "Yeni Müsavat" (552), "Yeni Azərbaycan" (551) və "Bakı xəbər"də (539) müşahidə edilir.
Bununla belə, başqa KİV-lərdən fərqlənən say çoxluğunu təhlil etdikdə görürük ki, burada başqa kütləvi informasiya vasitələrindən faydalanma yekuna ciddi təsir göstərməkdədir. Bəzən bu nisbət az qala bütün məlumatların yarısına bərabər olur. Belə ki, həmin rəqəm "Azadlıq"da 277, "Yeni Müsavat"da 259, "Ekspress"də 218, "525-ci qəzet"də 217, "Azərbaycan"da 206, "Xalq cəbhəsi"ndə 203-dür. Başqa KİV-lərin materiallarına belə səxavətlə yer ayrılmasının əsas səbəbləri sırasında gündəlik qəzetlərin yaradıcı əməkdaşlarının sayı ilə onların üzərilərinə düşən ağırlığın mənfi nisbətə malik olmasıdır. Yəqin ki, KİV-lərin maddi vəziyyəti yaxşılaşdırması bu məsələdə də təsirsiz ötüşməyəcək.

***

Həftəlik qəzetlərin əksəriyyətində digər KİV-lərin məlumatlarından istifadəyə meylin zəifliyi, həm də yeddi gündə bir dəfə işıq üzü görən nəşrdən təsərrüfatçı kimi istifadənin formalaşması ilə əlaqələndiriməlidir. Belə qəbildən olan "Gün səhər" ay ərzində cəmi 2, "Reytinq" və "Paritet" 3 dəfə başqa KİV-lərin materiallarından istifadə edib. "Həftə" və "Nedelya" qəzetləri isə bu səpkidən olan materiallara yer ayırmayıb. Həftəlik "Təzadlar"ın 124 məlumatından 76-sının başqa KİV-dən götürülməsi də gündəlik qəzetlərlə əlaqələndirdiyimiz səbəblərlə bağlı ola bilər.

Məlumatların haradan alındığını göstərən iki digər göstəricidə KİV-lərimizin hansı cinahların maraqlarının təmsilçiləri olduqlarına aydınlıq gətirir. Bir sıra qəzetlər dövlət və yerli özünüidarəetmə qurumlarından, ictimai-siyasi təşkilatlardan,  QHT-lərdən, digər mənbələrdən istifadədə özlərinin balanslı tənzimləmələri ilə seçilirlər. "525-ci qəzet"də 617 məlumatın nisbəti 118-157 və 128-dir. "Gün səhər" (23,34,17), "EXO" (131,143,158), "Ayna" (117,146,131), "Həftə" (29,26,17), "Nedelya"da (27,28,21) həmin tendensiya mövcuddur.

Dövlət və yerli özünüidarəetmə qurumlarından alınan məlumatlar "Azərbaycan"da (176) digərlərinə nisbətdə çoxluq təşkil edir. "Kaspi" 169, "Yeni Azərbaycan" 168, "Xalq cəbhəsi" 142, "Səs" 134, "EXO" 131 belə məlumat əldə edib. "Ekspress" qəzeti bu mənbələrdən məlumat götürülməsində (165) yalnız dövlət qəzeti "Azərbaycan"dan geri qalır.

Əlavə edək ki, 70 şifahi və 11 yazılı sorğuya cavab əldə olunması da nəşr üçün təsirsiz ötüşməyib. Digər bir sıra KİV-lər ay ərzində dövlət orqanları və yerli özünüidarəetmə qurumlarından məlumat alınmasında müəyyən maneələrlə rastlaşdıqlarından, yaxud qarşı tərəf onlara məlumat verməkdə maraqlı olmadığından belə nümunələrə nisbətən az yer veriblər. Təbiidir ki, bunların sırasında daha çox müxalifət yönümlü nəşrlər  - "Azadlıq" (53), "Bakı xəbər" (87), "Bizim yol" (85) yer alıb. "Reytinq" (21) və "Təzadlar" da (19) həmin orqanlardan ən az məlumat alanlar sırasındadırlar.

Monitorinqdəki araşdırmalar göstərir ki, siyasi təmayüllü KİV-lər birinci cəhət ilə bağlı problemlərini özlərinə yaxın ictimai-siyasi təşkilatların və QHT-lərin həyatını daha geniş işıqlandırmaqla kompensasiya etməyə çalışırlar.

"Bakı xəbər" də iyulda 183, "Azadlıq"da 153, "Yeni Müsavat"da 149, "Səs"də 148, "Xalq cəbhəsi"ndə 144, "Bizim yol"da 129 bu səpkili məlumat ilk mənbədən əldə olunaraq qəzet səhifələrinə çıxarılıb. Bu göstəricilərin digər ikisinə nisbətən çoxluq təşkil etməsinin də kökündə firqə maraqları dayanır.

***

Azərbaycan oxucusu KİV-lərdən hər sayda daha çox tərəfsiz, qərəzsiz, obyektiv, balanslı informasiya gözləyir. Bunun başlıca şərtlərindən biri cəmiyyətdə fərdlərdən qurumlaradək medianın sorğusunun vaxtında, fərq qoyulmadan cavablandırmasıdır. ZMM hər iki ay başa çatandan sonra bu istiqamətdə ikili sorğu aparıb. KİV-lərdən alınan cavabların çoxu təəssüf ki, ürəkaçan olmayıb. Maraqlıdır ki, sorğuları cavabsız qalanlar sırasında iqtidaryönümlü KİV-lər də olub. Məsələn, "Kaspi"də 76 şifahi sorğudan 31-i, "Yeni Azərbaycan"da 75-dən 12-i, "Paritet"də 50-dən 27-i cavabsız qalıb. "Səs" qəzetinin isə 45 şifahi sorğusu cavablandırılıb.

Müxalifətyönümlü nəşrlərdən "Yeni Müsavat" 121 şifahi sorğudan 82-ə, "Bakı xəbər" 90-dan 4, "Xalq cəbhəsi" 32-dən 22-ə, "Bizim yol" 30-dan 17-ə, "Azadlıq" 20-dən 14-ə cavab almayıb.
Müstəqillərin də işi yaxşı getməyib "EXO"nun 200 şifahi sorğusundan 60-ı, "Ayna"nın 94-dən 48, "Həftə"nin 72-dən 35, "Təzadlar"ın 70-dən 32, "Reytinq"in 64-dən 38 şifahi müraciəti cavabsız qalıb.
"525-ci qəzet", "Ekspress" və "Səs" qəzetləri bununla bağlı problem yaşamayıb.
İki ayın nəticələri KİV-lərdə şifahi sorğu ənənəsinin formalaşmanı üzə çıxarıb.
Bu üsula ən çox müraciət edən qəzetlərdən "Təzadlar" 20 yazılı müraciətdən 8-nə, "Səs" 12-dən 1-ə, "Reytinq" 6-dan 4-ə, "EXO" 5-dən 2-ə cavab almayıblar. "Yeni Müsavat"ın, "Nedelya"nın 3, "Azadlıq" və "Xalq cəbhəsi"nin 1 yazılı müraciəti cavabsız qalıb. Digər KİV-lərdə bu praktika tətbiq olunmayıb.

***

ZMM sorğular zamanı eyni zamanda mətbuata hansı qurumların məlumat vermədiklərini də müəyyənləşdirib. Onların heç də hamısının adını açıqlamamağımız hər bir aidi şəxsə, qurum rəhbərinə, "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinə müvafiq olaraq bütün yazılı və şifahi sorğulara cavab verməli olduqlarını bir daha xatırlatmaqdır. Hələ qarşıda 5 ay dayanır və bunların yekunlarının təqdimatı üçün bizləri yeni belə görüşlər gözləyir.

Sorğuların cavablandırılması istər-istəməz qalan iki cədvəldəki nəticələrə təsir göstərib. Qəzetlərin cəmi 4-ü mənbəyi göstərilməyən məlumatlara yer verməyib. Bunlar "Azərbaycan", "Gün səhər", "Həftə" və "Nedelya"dır. Sonuncu 3 nəşr həm də bütün məlumatları balans təmin olunduqdan sonra təqdim edib.     "Azadlıq" 18, "Reytinq" 17, "Bakı xəbər" 14, "Bizim yol", "Təzadlar" 11, "Ayna", "Kaspi" 8, "Gündəlik Azərbaycan" 7 məlumatı mənbəyi göstərilmədən verib. Ümumiyyətlə ay ərzində 20 KİV-dən 17-də 138 belə material verilib ki, ZMM həmin KİV-lərə göndərdiyi sorğuda bunun səbəblərinə aydınlıq gətirib. Məsələn "Reytinq"dən aldığımız cavabda qəzetin 30 iyul 2006-cı il tarixli sayında dərc olunan "Fikrət Sadıqov Amerikaya köçür", "Salyan müxalifəti icra başçısı ilə anlaşıb" və "Kef məclisində yaxalanan polis məmurları kimlərdir?" sərlövhəli yazılarda məlumatların birtərəfli təqdimatının səbəblərinə aydınlıq gətirilir. Birinci məlumatın redaksiyaya gec daxil olduğu üçün qarşı tərəfin mövqeyini öyrənə bilmədikləri, ikincinin rayondakı mənbələrə istinadən verildiyi, üçüncü ilə bağlı isə DİN-in ictimaiyyəti yaxından maraqlandıran bu məsələ barədə mətbuata açıqlama vermədiyi göstərilib.

Belə misallar çoxdur və ZMM sorğularımızı cavablandıran və hər bir KİV-ə öz minnətdarlığını bildirir.
Balans prinsipinin ay ərzində 150 dəfə pozulma səbəbləri araşdırılarkən də qəzetlərdə bunun üçdə ikisinin səbəbləri qarşı tərəfin məlumat verməkdən imtinası ilə əlaqələndirilib.
Bu rəqəmlər iyulun nəticələridir. Avqust ayındakı göstəricilərlə də müqayisədə bir elə fərq nəzərə çarpmır. Zənnimcə, belə uyğunluq bir növ yay fəsli və medianın bu dövrdəki fəaliyyəti, ictimai həyatdakı durumla da əlaqələndirilə bilər. Yəqin ki, payızın özü də burada korrektələrini edəcəkdir.

***

Sonda iyul-avqust aylarında ilk mənbədən informasiya almaq sahəsində vəziyyəti və tendensiyaları müəyyənləşdirmək üçün KİV rəhbərləri, tanınmış media mənsubları və ekspertlərin daxil olduğu 100 respondent arasında sorğunun nəticələri ilə Sizləri tanış etmək istərdik. Məlumat üçün deyim ki, sorğuda Gəncə, Yexlax, Tərtər, Masallı, Mingəçevirdə çıxan regional qəzetlərin təmsilçiləri də iştirak ediblər.

S O R ĞU   A N K E T İ

1. a) İyul-avqust aylarında dövlət qurumlarının KİV-lərə informasiya vermə səviyyəsini necə qiymətləndirirsiniz (Fikrinizi 10 ballıq şkala üzrə bildirin)?
c) İyul-avqust aylarında hansı vəzifəli şəxs, ictimai-siyasi xadim(lər) öz təşəbbüsü ilə Sizə informasiya verib?

Misir Mərdanov             9
Məleykə Abbaszadə       7
Ülvü Axundlu

(ATƏT-in Bakı ofisi)       5
Əli Əhmədov                 4      
Anar Məmmədxanlı       4
Hüseynqulu Bağırov      4
Zərdüşt Əlizadə             4
Eldar Namazov              3
Əbülfəs Qarayev            3
Vəfa Quluzadə               2

d) İyul-avqust aylarında hansı vəzifəli şəxs, ictimai-siyasi xadim (lər) Sizə informasiya verməkdən imtina edib.

Ağarza Səmədov
(Tərtər Rayon
Məhkəməsinin hakimi)  2
Mübariz Qurbanlı                   2
Artur Rəsizadə              2
Kəmaləddin Heydərov   1

1.Hansı bölgədə (şəhər, rayon) informasiya alarkən problemlərlə üzləşirsiniz.

Bütün bölgələrdə 11
Naxçıvan MR        7 
Sumqayıt              2
Yevlax                  2
Zərdab                 2
Yardımlı               2
Quba                    2
Göyçay                 1
Ağdam                 1
Ağdaş                   1
Cəlilabad              1

2. Sizcə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının 

Qanununun ilk mənbədən rəsmi informasiya alınmasındakı vəziyyətə təsiri necədir? (Fikrinizi 10 ballıq şkala ilə bildirin)
36 respondentin verdiyi balların cəmi 272-dir.
Respondentlərin 27.2%-i qanunun təsirini müsbət qiymətləndirir.

3. Sizcə, iyul-avqust aylarında KİV-lər dövlət qurumlarının fəaliyyətləri ilə bağlı informasiyanı hansı yollarla əldə edib (müəyyənləşdirdiyiniz damanı "X"lə işarələyin)? Onların keyfiyyəti Sizi nə dərəcədə qane edir (Fikrinizi 10 ballıq şkala ilə bildirin)?
a) İnformasiya daşıyıcısı rolunda çıxış edən qurumların rəhbərlərinin özlərindən;
37 respondent qoyulan sualı 97 balla qiymətləndirib.
b) İnformasiya daşıyıcısı rolunda çıxış edən qurumların rəhbər şəxslərindən;
39 respondent qoyulan sualı 127 balla qiymətləndirib.
c) İnformasiya daşıyıcısı rolunda çıxış edən qurumların veb-səhifələrindən;
41 respondent qoyulan sualı 208 balla qiymətləndirib.
ç) İnformasiya daşıyıcısı rolunda çıxış edən qurumların mətbuat xidmətlərindən;
64 respondent qoyulan sualı 284 balla qiymətləndirib.
d) Bir-birilərindən;

17 respondet qoyulan sualı 111 balla qiymətləndirib.
e) Özəl mənbələrdən;
7 respondet qoyulan sualı 44 balla qiymətləndirib.

4. İyul-avqust aylarında ilk mənbədən informasiya almaq üçün hansı səviyyəli neçə rəsmi strukturlara müraciət etmisiniz (sayını damada göstərin)?

- Mərkəzi dövlət orqanlarına
61 respondet qoyulan sualı 489 balla qiymətləndirib;
- Yerli dövlət orqanlarına;
48 respondet qoyulan sualı 345 balla qiymətləndirib.
- Regional dövlət orqanlarına;
28 respondet qoyulan sualı 142 balla qiymətləndirib.
5.İyul-avqust aylarında ilk mənbədən informasiya almaq üçün müraciət etdiyiniz dövlət orqanları hakimiyyətin hansı qolunu təşkil edib (müəyyənləşdirdiyiniz damanı "X"lə işarələyin)?

- İcra orqanlarına 117 müraciət olunub
- Məhkəmə orqanlarına 42 müraciət olunub.

- Qanunvericilik orqanlarına 37 müraciət olunub
6. Sizcə, ilk mənbədən informasiya almaqda meydana çıxan problemlərin səbəbləri nədir:

a)Informasiya verməyə məsul şəxslərin vəzifə borclarını yerinə yetirməmələri    63

b)      Jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması                                   18
c)       KİV-lə bağlı qanunvericiliyin təkmil olmaması                                         16

d) KİV-lə bağlı qanunvericiliyin işlək olmaması                                                32

e) Cəmiyyətin məsələyə marağının az olması                                                     14

Digər səbəblər:
1.  Mənbələrin şəffaf olmaması
2. Jurnalistlərin maddi cəhətdən əziyyət çəkmələri
3.
KİV-lərin maddi durumunun aşağı olması lazımi
informasiyaların pulla alınmasına yol vermir

 

Beynəlxalq humanitar hüquq nədir?

(Əvvəli ötən sayda)

"Haaqa hüququ"

Beynəlxalq humnatinar hüququn bu iki qollarını adlarına onlar ilk dəfə kodifikasiya olduqları şəhərlərin adından əmələ gəlib iki qolu birləşdirən 1977-ci ildə əlavə protokolların qəbulu nəticəsində bu fərq, sadəcə, tarixi və didaktik fərdə çevrilib.
Beynəlxalq silahlı münaqişə ən azı iki dövlətin silahlı qüvvələri arasında aparılan mübarizədir.
Qeyd etmək lazımdır ki, xalq azadlıq müharibələri beynəlxalq silahlı münaqişələrə aid edilir. Qeyri-beynəlxalq silahlı münaqişə dövlət ərazisində nizamlı silahlı qüvvələr və tanınan silahlı qruplar və ya bir-biri ilə döyüşən silahlı qruplar arasında aparılan mübarizədir. Qeyri-beynəlxalq silahlı münaqişə sayılmaq üçün mübarizə müəyyən gərginlik səviyyəsinə çatmalıdır və müəyyən vaxt ərzində aparılmalıdır.
Daxili iğtişaşlar silahlı münaqişə olmayan zorakılıq aktlarında əmələ gələn daxili nizam-intizamın ciddi pozulması ilə səciyyələnir (məsələn, qiyamlar, qruplar arasında və ya hökumətə qarşı aparılan mübarizə buna misal ola bilər). Hal-hazırkı mənasında, xalqlar hüquqi dövlətlər və ya onlarla beynəlxalq ictimiyyətin digər üzvləri arasında mövcud münasibətləri tənzimləyən qaydaların toplusu olan "beynəlxalq ümumi hüquq" və ya "beynəlxalq hüquq" ifadəsi ilə eyni məna daşıyır.
Hüquqşünas və diplomat olan Orotius xalqlar hüququnun banisi idi. Avropada xristian kilsəsinin bölünməsinə gətirən reformasiyadan sonra o, belə fikrə gəldi ki, hüquq artıq ilahi haqqın ifadəsi deyil, insan dərrakəsinin məhsuludur və o, əməldən əvvəl deyil, əməlin özündən yaranır. Buradan beynəlxalq münasibətlər üçün digər birləşdirici prinsip tapmaq ehtiyacı əmələ gəlir. Xalqlar hüququ bu prinsipi yaratmalı idi. "Deyuri belli as nelcis" adlanan kitabında Qrotus müharibə hüququnun ən mükəmməl əsasları arasında olan qaydaları sadalmışdı.
Beynəlxalq humanitar hüquq silahlı münaqişələr hüququ və müharibə hüququ ifadələri eyni mənalı ifadələr sayıla bilər. Beynəlxalq təşkilatlar, universitetlər və hətta dövlətlər beynəlxalq hümanitar hüquq (və ya humanitar hüquq) ifadəsinə üstünlük verir, digər iki ifadə isə daha geniş silahlı qüvvələr tərəfindən istifadə edilir.
İndi isə beynəlxalq humanitar hüququn əsas qaydalarının izahından bəhs edək.
Qeyd etmək lazımdır ki, münaqişə tərəfləri hər zaman mülki əhalinin və mülki sərvətlərin qorunması məqsədilə mülki əhali və komponentlər arasında fərq qoymalıdır. Nə bütünlükdə mülki əhaliyə, nə də həmçinin ayrı-ayrı mülki şəxslərə qarşı hücum edilə bilməz. Hücumlar yalnız hərbi obyektlərə qarşı edilə bilər. Döyüş əməliyyatlarında iştirak etməyən və ya artıq iştirak edə bilməyən insanların həyatlarına və onların fiziki və mənəvi toxunulmazlığına hörmət edilməlidir. Belə şəxslər bütün bu hallarda qorunmalı və onlara heç bir fərq qoyulmadan insani rəftar edilməlidir. Təslim olan və ya döyüşdə artıq iştirak edə bilməyən düşməni öldürmək və ya yaralamaq qadağandır.
Nə münaqişə tərəfinin, nə də onların silahlı qüvvələri üzvlərinin müharibə aparmasının üsul və vasitələrini seçmək hüququ hədsiz deyil. Lazımsız itkilərin və ya həddən artıq əzab-əziyyətlərin səbəbi ola biləcək müharibə üsullarının və ya silahların istifadəsi qadağandır.
Yaralılar və xəstələr toplanmalıdır və onları öz əsarətində saxlayan tərəf həmin şəxslərə qayğı göstərməlidir.
Tibbi heyət və tibb müəssisələri nəqliyyat və avadanlıq qorunmalıdır.fonda yerləşən qırmızı xaç və qırmızı aypara insanlara və obyektlərə hörmət edilməsini göstərən fərqləndirici nişandır. Düşmənə əsir düşmüş kombatantların və mülki əhalinin həyatına, ləyaqətinə, şəxsi hüquqlarına, onların siyasi, dini və digər əqidəsinə hörmət edilməlidir. Onlar bütün zorakılıq əməllərindən və ya əvəzçıxma tədbirlərindən qorunmalıdır. Onların öz ailələrinə xəbər vermək və onların xəbər almaq, həmçinin kömək almaq hüququ var. Onlar əsas məhkəmə təminatlarına malik olmalıdırlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tərtib olunmuş bu qaydalar beynəlxalq humanitar hüquqi mahiyyətin xülasəsini təşkil edir. Onlar huquqi sənədin qüvvəsinə malik deyil və qüvvədə olan müqavilələri əvəz edir. Onlar Beynəlxalq Humanitar Hüququn yayılmasına kömək göstərmək məqsədilə tərtib edilmişdir.

Humanitar hüququn əsas prinsipləri

Hüquqşünaslar və filosoflar 1864-cü il birinci Cenevrə Konvensiyasının qəbul və inkişaf edilməsindən xeyli vaxt əvvəl münaqişələrin tənzimlənməsinə maraq göstərirdilər.
XVIII əsrdə Jan Jak Russo dövlətlər arasında müharibələrə dair aşağıdakı prinsipləri yaradaraq bu sahəni zənginləşdirmişdir:
"Müharibə insanlar arasında mövcud münasibət deyil, bu dövlətlər arası münasibətdir və bu münasibətdə ayrı-ayrı şəslər yalnız təsadüfən düşmən olurlar, insan və hətta vətəndaş qismində deyil, yalnız əsgər qismində müharibənin məqsədi düşmən dövlətin məhv edilməsi olduğu üçün onun müdafiəçilərinin silah daşıdığı zaman öldürülməsi qanunidir. Lakin silahlarını yerə qoyduqda və təslim olduqda, onlar düşmən və ya düşmənin nümayəndəsi sayılmır. Yenidən adi insan olurlar və onların öldürülməsi artıq qanuni deyil".
1899-cu ildə Fyodor Marteks humanitar hüquqla əhatə olunmayan hallar üçün aşağıdakı prinsipi müəyyən edib: "Mülki əhali və kombatantlar bərqərar olmuş adətən, humanizm prinsiplərindən və ictimai şüurun tələblərindən irəli gələn beynəlxalq hüququn prinsiplərinin mühafizəsi və qüvvəsi altında qalır".
Russo və Marteks humanizm prinsiplərini müəyyən etdiyi zaman Sankt-Peterburq Bəyannaməsinin müəllifləri açıq şəkildə və dolayısı ilə fərq qoymaq, hərbi zərurət və lazımsız əzabların qarşısının alınması prinsipilərini belə şəkildə müəyyən ediblər:
"Müharibə zamanı dövlətlərin nail olmağa çalışdıqları yeganə qanuni məqsədin düşmənini hərbi qüvvələrini zəiflətmək olduğunu; bu məqsədlə mümkün qədər çox-çox insanın sıradan çıxarılmasının kifayət etməsini; sıradan çıxmış insanların əzablarını gücləndirən və ya onların ölümünü qaçılmaz edən silahların istifadəsi bu məqsəddən kənar çıxmağını nəzərə alaraq..."
Qeyd edək ki, 1977-ci ilin Əlavə Protokolları həmin prinsipləri bir daha təsdiqlədi və təkmilləşdirdi, xüsusən fərq qoymaq prinsipini "münaqişənin tərəfləri hər zaman mülki əhali ilə kombatantlar arasında, eləcə də mülki və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq öz əməliyyatlarını ancaq hərbi obyektlərə qarşı yönəltməlidirlər".
Bizim nəzərdən keçirdiyimiz hüquq sahəsində humanitar hüququn müəyyən prinsipləri hər zaman, hər yerdə və istənilən şəraitdə fəaliyyət göstərir və hətta konvensiyaların iştirakçısı olmayan dövlətlərə də şamil edilə bilər, çünki bu prinsiplər xalqların adətlərini əks etdirir. Bu fakta biz aşağıda humanitar hüququn bəşəri xarakteri ilə əlaqədar nəzər salacağıq.
Qeyd etmək lazımdır ki, humanitar hüququn tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna toxunmur.
Göstərmək lazımdır ki, hər hansı başqa fənn kimi, humanitar hüququn da müəyyən ümumi prinsipləri vardır ki, bütün qalanlar onlara əsaslanır.
Müharibələrə son qoymaq iqtidarında olduğunu iddia etməyən, humanitar hüquq müharibənin həddən artıq amansızlığını azaltmağa səy göstərir. Müharibə edən tərəflərin qarşılıqlı maraqları öz növbəsində onları hərbi əməliyyatlar zamanı müəyyən "oyun qaydaları"na əməl etməyə təhrik edir. Müharibə hüququ və humanitar hüququn mənbələri bunlardır. Lakin bizim dövrümüz hər şeyi öz məqsədlərinə, zəruri olduqda isə hətta silah gücünə də nail olmağa səy göstərən siyasi ideologiyaların yaranması ilə əlamətdardır.
Eyni zamanda mövcud rejimləri güc ilə devirməyi öz qarşısına məqsəd qoyan hərəkatlar meydana gəlir. "Beləliklə, biz getdikcə daha çox əmin olmağa başlayırıq ki, beynəlxalq hüququn humanistlik hüququ adlana bilən, hərbi müharibələr hüququ və insan hüquqlarını əhatə edən bu hissəsi bütün insanları istər müharibə zamanı, istərsə də dinc şəraitdə heç olmazsa minimum təminatlar və humanizmlə təmin etməlidir." (Can Pikte "Beynəlxalq humanitar hüququn inkişafı və prinsipləri" 1999-cu il, səh. 81-82).

Şahlar QARABAĞLI

Türk dilli dövlətlər  birliyinin  yaradılmasında ciddi problem var

Sabir Rüstəmxanlı: "Nəinki sonuncu Türk dövlət və topluluqlarının
dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında, hətta 1993-cü ildə keçirilən qurultayda səsləndirilən təkliflərin heç yarısı da reallaşdırılmayıb"

Türkiyədə keçirilən və iki gün davam edən Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Azərbaycan mətbuatında ciddi müzakirə olundu.  Müzakirələrin gərgin keçməsinin səbəbi toplantı barədə müxtəlif mövqelərin mövcudlğundan irəli gəlir. Tədbirin keçirilməsini alqışlayanlarla yanaşı, onun nəticələrini nəzərə alıb pessimist yanaşanlar da var.
Beləlilklə, Türkiyədə keçirilən və iki gün davam edən Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı barədə toplantıda iştirak etmiş  Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  millət vəkili Sabir Rüstəmxanlının müsahibəsi. 

Türkçülük düşüncəsinin daşıyıcıları olan şəxslərin əksəriyyəti
qurultaya dəvət edilməmişdilər

-Türkiyədə keçirilən Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı barədə Azərbaycanda fikir birmənalı olmadı.  Amma fikir söyləyənlər öz mülahizələrində kənardan aparılan müşahidəyə əsaslanırdılar.  Bu baxımdan hesab etdik ki,  orada iştirak edən bir şəxs kimi siz daha təfsilatlı fikir söyləyə bilərsiniz. Toplantıdan hansı təəssüratla ayrıldınız?
- Adından da məlum olduğu kimi tədbir Türk dövlət və qurumlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı olaraq Türk dünyasının problemlərinə həsr olunmuşdu. Mən 1993-cü ildə Antalyada keçirilən birinci qurultayda da iştirak etmişdim. O vaxtkı əhvali-ruhiyyə indikindən çox fərqlənirdi.  Türk birliyinin reallaşacağına daha böyük ümidlər vardı, toplantı iştirakçılarının içərisində milliyyətçi düşüncə sahiblərinin sayı daha çox idi ki, bu da qurultayın ümumi ovqatına böyük təsir göstərirdi. Bu dəfə də qurultayın keçirilməsini Türkiyə hökuməti öz üzərinə götürmüşdü. Tədbirin təşkilatçılığı "TİKA" deyilən quruma həvalə edimişdi.
Qeyd edim ki, quruma araşdırıcı alim Abdulhaluq Çay başçılıq edir. Qurultaya münasibətdə Türkiyədə ciddi fikir ayrılıqları vardı. Milliyyətçi Hərəkat Partiyası tədbirə qatılmamışdı. Mənim tanıdığım və ümumiyyətlə, türk dövlətləri ilə sıx əlaqələri olan, türkçülük düşüncəsinin daşıyıcıları olan  bir sıra şəxslər, bəzi dərnəklər də qurultayda iştirak etmirdilər. Eyni zamanda Azərbaycana dəvətlərdə də prinsiplər gözlənilməmişdi. Yəni türk dünyası ilə əlaqələri olan, davamlı olaraq türk birliyi uğrunda mübarizə aparan, daha çox haqqı çatan adamların əvəzinə aidiyyəti olmayan adamlar dəvət olunmuşdu. Açığı, dəvətnaməni alandan sonra qurultaya qatılmaq niyyətim yox idi. Ancaq yaradıcı adamların, alimlərin, millət vəkillərinin və ziyalıların təmsil olunduğu rəsmi nümayəndə heyətində mənim də adım olduğundan tədbirə qatılmaqdan imtina etmədim.
- Tədbirdə başqa türk dövlətləri hansı səviyyədə təmsil olunurdular?
- Bəlli olduğu kimi, qurultayda türk dövlətlərinin başçılarından yalnız Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan və Azərbaycanın prezidenti İlham Əliyev,  Quzey Kıprıs Türk Cümhuriyyətinin cümhur başqanı iştirak edirdilər. Qazaxıstanı, Qırğızıstanı baş nazirin müavinləri, Türkmənistanı bu ölkənin Türkiyədəki səfiri təms il edirdi. Altaylardan başlamış Balkanlara qədər bir sıra türk toplumlarından nümayəndələr vardı. Mən də daxil olmaqla bütün milliyyətçi bölümün narazılığına baxmayaraq, qurultayın yığışmasını müsbət hadisə kimi qiymətləndirirəm.
Türkiyənin baş nazirinin və Azərbaycanın dövlət başçısının dilindən qurultayın davamlı olmasının dilə gətirilməsi, bu məsələdə dövlətlərin yardımçı olmaq istəkəri təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Hər bir dövlət başçısı ayrı-ayrılıqda Türk dünyasının inteqrasiyasının önəmini vurğuladı. Bu sahədə iqtisadi, mənəvi, mədəni və siyasi birliyin əlaqələrinin çox sürətlə inkişafının zəruriliyi qeyd olundu. Bundan əlavə, qurultayın ən əhəmiyyətli məqamlarından biri hər iki dövlət başçısının regionda gedən prosesləri real qiymətləndirərək qonşu dövlətlərin münasibətlərinin beynəlxalq münasibətlər kontekstində dəyərləndirərək türk birliyinin çox mühüm və milli məsələ olduğunu ifadə etmələri idi. Mən mədəniyyət komissiyasında bir neçə dəfə çıxış etdim. 1993-cü ildəki qurultayda etdiyim çıxışımdan bəzi məqamları bir daha təkrar etməyə məcbur oldum.
Qeyd etdim ki, ötən vaxt ərzində qaldırılan məsələlərin bir çoxu hələ də öz həllini tapmadığından təəssüf hissilə yenidən bu problemlərə toxunmaq məcburiyytəində qalıram. Türk birliyinin yaranması və türk dövlət və toplumlarının yaxınlaşması üçün siyasi iradənin əsas olduğunu bildirdim. Qeyri-hökumət təşkilatları, ziyalılar bu məsələ ilə bağlı dəfələrlə deyiblər, yazıblar, amma dövlət başçılarının siyasi iradəsi olmadığından, bunun reallaşması çətindir. İndiki qurultayda da bu baxımdan acınacaqlı vəziyyət vardı. O mənada ki, türk respublikalarının başçıları qurultaya bütövlüklə qatılmamışdılar. Bunun özü də göstərir ki, müzakirə olunan problemin reallaşması istiqamətində qarşımızda hələ çox maneələr var. Eyni zamanda bir məqama da diqqət çəkdim ki, birinci qurultayda vurulan külünglərin səsi daha cazibədar, milli ruhda olduğu halda, aradan keçən illər ərzində həm Avropanın batı ölkələrinin təsirindən, həm də özümüzün siyasi iradəmizin zəif olması nəticəsində təəssüf ki, birliyin möhkəmlənməsi istiqamətində həyata keçirilməli işlər yarımçıq qalıb. Düzdür, bu istiqamətdə xeyli iş görülüb. Məsələn, kitab nəşri, birgə araşdırmalar və s. Bunları etiraf etmək lazımdır. Elə qurultay günü satılan nəşrlər dediklərimi bir daha təsdiq edirdi.
Türk dövlətlərinin Parlament Assambleyasının yaradılmaması təəssüf doğurur
- Görülməsi lazım olan işlər barədə ümumi şəkildə fikirlər səsləndirilib.
  Şəxsən siz, ötən müddətdə hansı işlərin görülməsini arzulayırdınız, amma arzunuz gerçəkləşməyib?
- Tədbirdəki çıxışım əsasən bu istiqamətdə, yəni  "problemlərin həlli niyə ləngiyib?" sualı üzərində qurulmuşdu.  O cümlədən, neçə ildən bəri apardığım mübarizə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkiyə parlamentlərində keçirdiyim görüşlər, Azərbaycanda bu məsələləri dəfələrlə qaldırmağım, lakin indiyə qədər bu problemin öz həllini tapmaması məni narahat edir. Ən əsası isə hələ də Türk dövlətlərinin Parlament Assambleyasının yaradılmaması təəssüf doğurur. Düzdür, bu qurultayda həm mənim çıxışımda, həm də digər iştirakçıların çıxışlarında bu məsələlər dəfələrlə dilə gətirildi və bunun zərurəti qeyd olundu. Hər halda qurultaydan sonra bu istiqamətdə müəyyən addımlar atılacağına inanıram. Bütün bunlarla yanaşı, qurultayda Güney Azərbaycanda baş verən proseslərlə bağlı, Türk dünyasının ortaq əlifbası, ortaq dil məsələləri ətrafında da müzakirələr apardıq.
- Yeri gəlmişkən, türk xalqlarının ortaq əlifbası ilə bağlı müzakirələrdə müəyyən nəticələr əldə olundumu?
- Hesab edirəm ki, ortaq əlifba məsələsində siyasi iradənin olması vacibdir. Hər ləhcəyə, türk dillərinin hər birinə uyğun ayrı-ayrı əlifba yaratmaq düzgün deyil. Məsələnin başqa tərəfi də ondan ibarətdir ki, bunu da dilçilərin öhdəsinə buraxsaq, onlar da hər dilin öz səslərinə uyğun əlifba yaratmağı təklif edəcəklər. Əslində isə səslər önəmli deyil, mühüm olan ortaq əlifbanın olmasıdır. Ortaq dillə bağlı müzakirələr aparılanda mən bir daha təkrar etdim ki, ortaq dil XIV-XV  əsrlərdən başlayaraq tədricən müstəqil dillərə ayrılıb. Aradan bu qədər vaxt keçəndən sonra onları süni yollarla yaxınlaşdırmaq imkansızdır. Ona görə də söhbət ortaq dildən yox, vahid ünsiyyət dilindən getməlidir. İndiki halda Anadolu türkcəsi həmin vəzifəni yerinə yetirə bilər. İnkişaf etmiş və böyük təcrübəsi olan Anadolu türkcəsi daha dəqiq olduğu üçün onu türk cümhuriyyətlərində xarici dil kimi orta məktəblərdə tədris etmək lazımdır. Necə ki ərəb, fars, rus, ingilis dillərini tədris edirlər və müəyyən vaxt keçəndən sonra bu dillərin mənimsənilməsindəki problemlər aradan qalxır. Belə olarsa, nəsil dəyişdikcə dil inkişaf edəcək və bir daha ünsiyyətdə problemlər yaranmayacaq. Təbii ki, zaman keçdikcə hər bir türk xalqının özünəməxsus sözlərinin işlənməsi nəticəsində vahid ünsiyyət dili daha da zənginləşəcək. Digər diqqət çəkən məqamlardan biri də əvvəlki qurultayda Mərkəzi Asiya respublikalarından, bəzi toplumlardan gələn nümayəndələrin bir hissəsi rus dilində danışırdısa, bu qurultayda demək olar ki, rus dilindən istifadə olunmadı. Qurultayın ilk günündə Azərbaycan və Türkiyə türkcəsindən başqa, digər dillərə tərcümələr təşkil olunmuşdu. Ancaq sonrakı toplantılarda məlum oldu ki, heç buna da ehtiyac yoxdur.
- Bu tədbirin indiki məqamda keçirilməsini şərtləndirən əsas səbəblər nə idi: beynəlxalq siyasi vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, yoxsa sadəcə olaraq protokol qaydasına görə qurultayın keçirilmə vaxtı?
- Səbəb çoxdur. Təəssüf ki, Türkiyənin indiki hakimiyyəti seçki ərəfəsində bu tədbirin keçirilməsini özü üçün siyasi reklama çevirib. Yəni qurultayın keçirilməsində türk xalqının dəstəyini qazanmaq, son illərdə cidd-cəhdlə söndürülməkdə olan milli duyğularının oyanması və bu ovqatla seçkilərə qatılmasına cəhd amilinin də rolu vardı. Eyni zamanda bu qurultayın keçirilməsinə səmimi yanaşan insanların çoxluğunu da istisna etmək olmaz. Avropa Birliyinin Türkiyəyə təsiri artdığından, ümumiyyətlə, ABŞ-ın, Avropanın imperialist qüvvələrinin regionda bölgə dövlətlərinə təzyiqi artıqca şübhəsiz ki, dövlətlər öz tarixi vəzifələrini daha yaxından hiss edirlər. Həmin vəzifələr  yaxınlaşmaqdan və birləşməkdən ibarətdir. Digər tərəfdən, region enerji ehtiyatları mərkəzi olduğu üçün dünyanın bir sıra ölkələrinin maraq dairəsindədir. Türk dövlətləri bu sərvətin gətirdiyi üstünlüklərdən, təsir mexanizmlərindən istifadə etməyi bacarmalıdırlar.
- Qurultayda səsləndirilən təkliflərin əksəriyytəini tədbirdən əvvəl siz tərəfdən də səsələndirildiyi halda, təkliflərinizin qurultaydan əvvəl rəsmiləşdirilməsinə və türk dövlətlərinin rəhbərlərinə çatdırılmasına niyə nail olmamısınız? Nəzərə alsaq ki, sizin həm də bir millət vəkili olaraq buna imkanınız və səlahiyyətiniz çatıb.
- Hələ 1992-93-cü illərdə Quzey Kıprısda və İstanbulda parlamentarilərin yığıncaqlarında, daha sonra ABŞ-da keçirilən Türk-Amerika cəmiyyətlərinin toplantılarında, eyni zamanda digər uyğun görüş və konfranslarda həmişə bu istiqamətdə təkliflərimi səsləndirmişəm. 1995-ci ildə "Bu, sənin xalqındır" adlı kitabımda səsləndirdiyim 20-yə yaxın təklifin hamısı çap olunub. Elə təkliflər də vardı ki, onların bəziləri artıq həyata keçirilib və bu məsələdə hər halda mənim də təkidlərim rol oynayıb.  Məsələn, qarşılıqlı lüğətlərin, türk dünyası ədəbiyyatının ümumi müntəxəbatının hazırlanması, türk dünyasının ədəbiyyatına dair araşdırmalar, ortaq dərsliklərin yaradılması, tarix, coğrafiya, ədəbiyyat, dil materialları və s. üzərində birlikdə çalışmaların aparılması sahəsində xeyli iş görülüb. Türk mədəniyyət mərkəzlərinin, Vahid Türk Dünyası Akademiyasının, müxtəlif dövlətlərdə türk dünyası universitetlərinin, Vahid Türk Ensiklopediyasının, Vahid Terminoloji lüğətlərin və dillərə gələn termin axınını əlaqələndirmək məqsədilə vahid terminoloji mərkəzin yaradılması ilə bağlı təkliflər hələ də reallaşmayıb. Bütün bunlar 16-17 ildir mənim tərəfimdən səsləndirilən təkliflərdir. Bunlardan hər hansı biri həyata keçərsə, bunu həm də şəxsi uğurum hesab edirəm. Sevindirici haldır ki, 13-14 il əvvəl tərəfimdən irəli sürülən təkliflər bu qurultayda başqa nümayəndələrin də dilindən səsləndirildi.
İndiki durumumuzu Atatürk  30-cu illərdə qiymətləndirib:
"Başqasının asılılığında olan Türk dövlətinin və ya türkün yoxluğu daha yaxşıdır"
- Danışığınızdan belə çıxır ki, Türk dövlətlərinin başçıları inteqrasiyada maraqlı görünmürlər və ya inteqrasiya sahəsində lazımi addımları atmırlar.  Bəs türk xalqları səviyyəsində necə, belə bir birliyin yaradılması mümkündürmü, yəni türk xalqları buna hazırdırlarmı?
- Əlbəttə, türk xalqları artıq belə  birliyə hazırdır. Avropanın bir-birini anlamayan, din, dil, məzhəb, ənənə baxımından fərqli olan xalqları Avropa birliyi yarada bilirsə, tarixi, mənəviyyatı, ruhu, mənəvi dəyərləri, dini və dili etibarı ilə yaxın olan dövlətlər niyə buna nail olmasın?
Azərbaycanla Türkiyə bir az bu baxımdan yaxınlaşıblar, bunu son qurultay da bir daha göstərdi. Digər türk dövlətlərinin, o cümlədən, Türkiyənin aşırı halda Avropadan asılı olması acınacaqlı şərait yaradıb. Budəfəki qurultayda türk dövlət və toplumlarının başçılarının tam şəkildə təmsil olunmaması bir daha göstərdi ki, əksinə, xalqların hazır olduğu bəzi məsələlərə dövlət başçılarının bəziləri hazır deyillər. Dövlət başçılarının hazır olmamağının bir səbəbi də odur ki, onlar öz ölkələrini sərbəst idarə edə bilmirlər. Dünyanın  müxtəlif güclərindən sifariş gözləyirlər. Bu da əslində arzuolunmaz və yolverilməz haldır. Atatürk hələ 30-cu illərdə deyirdi ki, bir dövlət ki, xaricin himayədarlığı və təsiri altında olur və onların dediyi ilə oturub-durur, o, heç vaxt xoşbəxt ola bilməz. Və qeyd edirdi ki, türk milləti qüdrətli millətdir, türk xalqı asılılığı qəbul eləməz. Amma başqasının himayəsi altında yaşamağı qəbul eləsə, belə bir türk dövlətinin və bu cür türklərin olmasındansa, olmaması daha yaxşıdır. Yəni Atatürk xarici ölkələrin təsirinə belə həssaslıqla yanaşırdı. Təəssüf ki, Türk dövlətlərinin böyük əksəriyyəti xarici dövlətlərin təsiri və diktəsi altındadırlar. Bu vəziyyət davam etdikcə, bizim öz iradəmizi ortaya qoymaq imkanlarımız getdikcə məhdudlaşacaq. Halbuki, bu dövlətlərin hər biri istənilən beynəlxalq qurum qarşısında öz sözlərini deyə bilər.
- Türk dövlət və topluluqlarının inteqrasiyasının forma və məzmununu necə görürsünüz?
- Bir forması Avropa Birliyidir. Yəni parlament birliyi, kömrük şərtləri - vizasız gediş-gəliş, vahid valyuta, bir sıra iqtisadi layihələrin birgə həyata keçirilməsi, enerji resurslarından birgə istifadə və s. inteqrasiyanın mühüm şərtlərindəndir. Əlbəttə, bu bir variantdır. Bundan daha irəli gedən variantlar da istisna deyil.
Bu, sonranın işidir.

T.MƏMMƏDLİ

 

Hosted by uCoz