Günümüzün
əfsanəvi qəhrəmanı - Şirin Mirzəyev
Elman Bayramov: "Şirin
Mirzəyev kimi sərkərdələr torpağı
işğal altında qoyub çox yaşamazdılar"
Əslən Şuşanın Mirzələr
kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar
ayının 15-də Xankəndində dünyaya göz
açmışdır. Nizami adına beynəlmiləl orta
məktəbi bitirdikdən sonra hərbi xidmətə yola
düşmüşdür. Bir müddət
Bakıda yerləşən Daxili Qoşunlar alayında
xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki
Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi
məktəbə qəbul olmuş və 1971-ci ildə
hərbi təhsilini müvəffəqiyyətlə başa
vurub təyinatla İrəvana göndərilib. Beş il
orada xidmət etdikdən sonra isə Bakıya
qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi
Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik
xidmət yolu keçmişdir.а
1991-ci ildə qəlbində
alovlanan Vətən məhəbbəti, vətənə
xidmət arzusu onu Ağdama çəkib gətirdi.
Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə
vətənin böyük ehtiyacı var idi.а 1992-ci il mart ayının 28-də
Şirin Mirzəyevin və onun tərəfdarlarının
səyi nəticəsində Ağdamda 1-ci, respublikada isə
2-ci olan tabor yaradıldı və ürəyi Vətən
sevgisilə çırpınan podpolkovnik Şirin Vəli
oğlu Mirzəyev Ağdam rayon ərazi
özünümüdafiə taborunun komandiri seçildi.
...Və 1993-cü il fevral ayının
5-də Şirin Mirzəyevin şəxsi
təşəbbüsü ilə yaradılmış
tədris taboru ləğv edildi.
Vətənini canından
çox sevən, həyatını vətəninə qurban
verən və son nəfəsinədək Vətən
uğrunda döyüşən xalqının şəhid
balası Şirin Mirzəyev haqqında cəbhə
yoldaşlarının xatirələri
İlk müsahibimizа
Milli Qəhrəman polkovnik-leytenant Şirin Mirzəyevin
silahdaşı, onunla son günlərə kimi
çiyin-çiyinə döyüşmüş
vətənpərvər əsgərimiz Elman Bayramovdur.
- Respublikamız öz müstəqilliyini
qazandıqdan sonra erməni təcavüzünə
qarşı ilk nizami özünümüdafiə batalyonu
yaradan Milli Qəhrəman, mərhum Şirin Mirzəyev
olmuşdur. Bu gün onun qəhrəmanlığı,
döyüş yolu barədə nə deyə bilrəsiniz?
- 1991-ci ilin oktyabr ayında bütün
maneələrə və təqiblərə baxmayaraq,
polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami
özünümüdafiə batalyonunu min bir əziyyətlə
yaratdı. Bu, o dövr üçün çox zəruri bir
addım idi. Belə ki, Qarabağın dağlıq
hissəsində vəziyyət günü-gündən
ağırlaşırdı. Ermənilər orada olan -
azərbaycanlılar yaşayan kəndlərə silahlı
basqınlar edirdilər. Bizim isə onlara cavab verəcək
gücümüz yox idi. Ş.Mirzəyev həmişə
deyirdi: "Ordusu olmayan bir ulus məhvə məhkumdur".
Əvvəllər silah, döyüş
sursatı, hərbi texnika əldə etmək çox
çətin olurdu. Mirzəyevin təmkini, iradəsi ilə
batalyon demək olar ki, hər bir şeylə təmin edildi.
Ş.Mirzəyevin döyüş yolu
respublikada örnək ola biləcək bir yoldur. Onun
sərkərdəlik qabiliyyəti nəticəsində
Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar,
Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz,
Naxçıvanik kəndləri erməni quldurlarından azad
edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə
edilirdi.
Artıq 1992-ci ilin may ayında
üç tabordan ibarət alay yaradıldı.
Ş.Mirzəyev Ağdam rayonununа
həm hərbi komissarı və həm də alay
komandiri kimi məsul vəzifələri çoxа bacarıqla yerinə yetirirdi. Əzabkeş
sərkərdə Ş.Mirzəyev həmişə ön
xəttə olurdu. Onun bu keyfiyyəti alayın
bütün üzvlərini cəsarətləndirirdi. Mən
deyərdim ki, Ş.Mirzəyevin döyüş yolu bir
hərbi məktəbdir. Ş.Mirzəyev
mənimçünа
həmişə saflıq, təmizlik, düzlük
simvolu olub. İlk anlar könüllülük prinsipi ilə
gələn döyüşçülər bir qədər
ərköyünlük edirdilər. Ş.Mirzəyevin
özünün şəxsi nümunəsi, hərbi qanunlara
ciddi riayət etməsi, hər bir əsgərə fərdi
qayğısı və tələbkarlığı
sayəsində bütün nöqsanlar aradan
qaldırıldı. O, qanunu hər şeydən uca tuturdu.
Bizə hər bir əməliyyatı yazılı
surətdə təqdim edirdi. Həmişə hücum
əməliyyatlarından əvvəl bütün zabit
heyətini yığar, döyüş taktikalarını necə
yerinə yetiriləcəyini incəliyinədək izah
edərdi. Bir sözlə, döyüşə hazırlıq
və onu necə keçirmək planını
incəliklərinə qədər hamımıza
aşılayardı.
- Elman müəllim, 1993-cü ilin 20 iyunundan
bu günədək hər il Ş.Mirzəyevin doğum və
vəfat etdiyi günləri onun xatirə günü kimi qeyd
edirsniz. Ancaq nədənsə Şirin Mirzəyevin
xatirəsinin yad edildiyi həmin günlərdə
Müdafiə Nazirliyindən və rəsmi qurumların
nümayəndələrindən heç kim gözə
dəymir.
- Biz Mirzəyevçilər hər il
Ş.Mirzəyevin xatirə gününü qeyd edirik. Bu haqda
Müdafiə Nazirliyinə, eləcə də yerli icra
orqanlarına məlumat verir, eyni zamanda tədbirin
keçirilməsi üçün yer ayrılmasını da
xahiş edirik. Müdafiə Nazirliyindən həmişə
deyirlər ki, başqa tədbirimiz var. Çox
təəssüf edirik ki, Müdafiə Nazirliyi belə
tərbiyəvi əhəmiyyəti olan tədbirlərə
laqeyd münasibət bəsləyir. Gəlin açıq
danışaq. Torpağımızın 20
faizindən çoxu işğal altında olduğu bir vaxtda
gənclərə hərbi vətənpərvərlik
tərbiyəsinin aşılanması vacib, özü də
çox vacib olduğu halda, MN-nin belə tədbirlərə
biganəlik göstərməsinə nə ad vermək olar?
Mən keçmiş döyüşçü, həm
də bir müəllim kimi deyirəm ki, gənclərin
hərbi vətənpərvərlik tərbiyəsi
hamının gündəlik işi, özü də
təxirəsalınmaz işi olmalıdır!
- 1992-ci ildə belə bir
söz-söhbət gəzirdi ki, guya Ş.Mirzəyevin
ölümü qabaqcadan hazırlanmış plan
əsasında olmuşdur. Bu həqiqətən də qəsd
idi, yoxsa...
- 1992-ci ilin 11 iyununda Ş.Mirzəyev zabit
heyətini yığıb yeni əməliyyata
hazırlaşmağı, onun texniki gedişini izah etdi. O vaxt korpus
komandiri Sürət Hüseynov bizim alaya belə bir əmr
vermişdir ki,а
Xaçınçayа
boyunca hücuma keçib, həmin çayın
üzərində olan Xankəndi-Ağdərə yolunu
bağlamalı idik. Bunun da nəticəsindəа Sırxavənd, Ballıqaya,
Qaraşlar, Bəşirlər kəndləri azad olunacaqdı.
Əmrdə göstərilmişdir ki, bir sutka ərzində
həmin ərazi və yol əldə
saxlanılmalıydı. Sonra bizə əlavə kömək
göndəriləcəkdi. Ş.Mirzəyev
əməliyyatın baş tutacağına əmin olsa da,
oranın əldə saxlanmasının
qeyri-mümkünlüyünü dedi və izah etdi ki,
"biz sanki "kisəyə" giririk, mühasirəyə
düşə bilərik". Qanuna həmişə
riayət edən komandir çox uğurlu əməliyyat
hazırladı və əmr yerinə yetirildi. 3 sutka həmin
ərazini əldə saxladıq. Yəni iyunun 12-15-dək...
Dəfələrlə korpusa məlumat
verildi ki, biz əmri yerinə yetirmişik. Lakin
Ağdərə istiqamətindən gəlməli olan
qüvvə gəlib çıxmadı. Nəticədə,
"mühasirə həlqəsinə" düşdük.
Ş.Mirzəyevin cəsarəti nəticəsində
mühasirədən çıxdıq. Mənə elə
gəlir ki, Şirin Mirzəyevi bu cür uğursuz
əməliyyatlara çəkməklə onu nüfuzdan
salmağa çalışırdılar. Mirzəyevə iki
dəfə qəsd etməyə çalışsalar da
baş tutmamışdı. Lakin mənə elə gəlir
ki, Ş.Mirzəyevin həlak olması qəsd deyildi. Mən
həmin vaxt Qaralar kəndinin komendantı idim.
Ş.Mirzəyev mövqeləri
müəyyənləşdirirdi. Axşamа saat 8 olardı. Qaralar
kəndindən Əliağalı kəndinin yuxarı
hissəsinə qalxaraq mina partlayışından həlak
oldu. Səhər sübh tezdən minaaxtaranlar ikinci bir
paslı minanı həmin yerdən tapdılar.
- Şirin Mirzəyev sağ olsaydı, indi
nə edərdi?
- Əslində ruhən Ş.Mirzəyev onu
tanıyanların qəlbində yaşayır və
yaşayacaq da. Cismən isə o heç vaxt yaşamazdı.
Çünki Ş.Mirzəyev kimi sərkərdələr
torpağı işğal altında qoyub çox yaşaya
bilməzdi. O, həmişə Atatürkün bir müdrik
kəlamını xatırladardı: O kişi
yaşamalıdır ki, onun ayağının altında azad torpaq,
başının üstündə azad bayraq olsun!
...Nə yazıqlar olsun ki, biz
"kişilər" yaşayırıq.
Növbəti həmsöhbətim Şirin
Mirzəyevlə çiyin-çiyinə vuruşmuş sabiq
döyüşçü Fəxrəddin Rəcəbovdur.
- Sizinlə cəbhə yoldaşı
olmuş atam İsgəndər Nəsirovun
söhbətlərindən eşitmişəm ki, Umudlu
kəndinin ən çətin günlərində siz kənd
camaatına arxa-dayaq olmusunuz...
- 1991-ci il dekabr ayının 27-də
vertolyotla Umudluya uçduq. Əslinə qalsa, biz orada 2 gün
qabaq olmalıydıq. Ancaq vertolyot olmadığı
üçün gedə bilmədik. Umudluda kənd sovet
sədirinin evində qalırdıq. Bizdən qabaq orada
qərargah yerləşirdi.
Kənddəki əhalinin vəziyyəti
gündən-günəа
ağırlaşırdı.а
Ermənilər hət tərəfdən Umudlunu
əhatəyə almışdılar. Səhərdən
axşama kimi bizi atəşə tuturdular. Tərslikdən
kənd dəyirmanı Zəylik tərəfdəydi. Silos
quyuları da ermənilər yaşayan kəndlərin
yaxınlığında qazılmışdı. Mal-qara
acından qırılırdı. Quldurlar taxılı da
üyütməyə imkan vermirdi. Bir dəfə buna cəhd
göstərdik. Ancaq ermənilər taxıl dolu traktoru
qumbaraatanla partlatdılar. Biz ilk dəfə kəndə
gələndə orda xeyli adam var idi. İmkasızlıq
ucbatından yavaş-yavaş əhali Umudludan
çıxırdı. Başımızın üstünü
almış təhlükə hər an artırdı.
Ətrafla əlaqəmiz kəsilmişdi. Son ay ərzində
kəndə, ümumiyyətlə, vertolyot vermədilər.
Adamlardan biri o vaxt iki qıçından da
yaralanmışdı. Onu xəstəxanaya
göndərməkdən ötrü iki gün vertolyot
gözlədik.
Umudlunun müdafiəsində
dayandığımız müddətdə Ş.Mirzəyev
kəndə dörd dəfə gəldi. Bundan əlavə,
hər gün rabitə əlaqəsi saxlayırdı.
Fevralın 28-də kənddən çıxan gün
Ş.Mirzəyev də Umudluya gəlmişdi. Bütün
işlərə özü rəhbərlik edirdi. Həmin
gün məhz onun şəxsi igidliyi və ardıcıl tələbi
sayəsində günorta saat 3-də hərbi vertolyotların
müşayiəti ilə dinc əhalini çıxarmaq
üçün kəndə iki vertolyot endi. Planlaşdırılmışdı
ki, əhali iki reysə kənddən
çıxarılsın. Birinci reyslə yerli adamlar və
əsgərlərin bir qismini yola saldıq. 18
döyüşçü və 7 yerli sakinlə biz ikinci
reysi gözlədik. Ancaq vertolyotlardan biri yanacağın
yoxluğunu bəhanə edib geri qayıtmamışdı.
Postları yiyəsiz qoya bilmirdik. Ona görə də
ümumi razılığa görə vertolyotlar kəndə
enən kimi hamıdan sonra gəlib vertolyota minməliydik. Ancaq
biz uçuş meydançasına gələndə məlum
oldu ki, vertolyotların ikincisi geri qayıtmayıb. Birincisi
isə adamla dolu idi. Əlacsız qalıb meşəyə
çəkildik. Qar çox idi. Uşaqlar rabitə
cihazını elektrik mənbəyi ilə
birləşdirən naqili yaddan
çıxarmışdılar. Taborla əlaqə saxlamaq
imkanını itirmişdik. Özümüzlə
yeməyə də heç nə götürməmişdik.
Nə biləydik belə olacaq...
Fevralın 28-29-u, martın 1-2-i yol getdik.
Sonra dəstədən 6 nəfər ayırıb Ağdama
göndərdim ki, kənddən bizə kömək
gətirsin. Vəziyyət yaxşı deyildi. Altı nəfərimiz,
demək olar ki, hərəkət edə bilmirdi. Əgər
kimsə Umudludan təsadüfən bir torba suxarı
götürməsəydi vəziyyətimiz lap
gərginləşəcəkdi.
Şirin Mirzəyevin qardaşı
oğlanları Gündüzlə Həsən də bizim
dəstədə idi. Nəhayət, çox böyük
çətinlikdən sonra Umudlu kənd sakini Məhəmməd
Nağıyevin bələdçiliyi ilə Murovadək
gəldik. Ordan isə Ağdabana üz tutduq. Qabaqcadan
göndərdiyimiz qrup kəndə bizdən 10 saat tez
çatmışdı...
Söhbətin bu
məqamında Ş.Mirzəyevin sabiq
döyüşçülərindən olan atam
(İsgəndər Nəsirov) heç bir zaman öz
şücaətlərini dilinə gətirməyən dostu
Fəxrəddin Rəcəbovun söylədiklərinə
əlavələr etməyi sanki özünə borc bildi:
- Umudluda qalmış 17 əsgərin
kənddən çıxarılmasında Fəxrəddinin
çox böyük rolu olmuşdur. Belə ki,
onlar Murovu aşarkən dağ çox qarlı imiş.
Qalın qar örtüyü üzərində iz açmaq
üçün Fəxrəddin hamıdan qabaqda gedirmiş.
Yolda ayaqlarını şaxta vuran bəzi əsgərlər
hərbi buşlatlarının qollarını
kəsərək ayaqlarına geyinirlərmiş.
Çünki şaxta vuran ayaqları şişmiş
və onlar hərbi çəkmələri ayaqlarından
bıçaqla kəsib çıxarmışdılar.
Gecə düşəndə dağlarda alaçıqlardan
qalmış çubuqlardan ocaq qalayır, bir az
qızınırlar və haldan düşməklərinə
baxmayaraq, yenidən yollarına davam edirlər. Fiziki
zəiflikləri onları ölümə
sürükləsə də, daxili inam onları mübarizə
aparmağa məcbur edirdi. Axı qarşıda Vətən
uğrunda döyüşmək, ürəklərdə qisas
yanğısı alovlanırdı...
O vətənin övladları, o
torpağın yetirmələri və Ş.Mirzəyev kimi bir
sərkərdənin döyüşçüləri bax
beləcə qorxmaz və mübariz idilər...
Gülşən NƏSİROVA
Milli Park Uşaq Teatrını məhkəməyə
verib
İntiqam
Soltan: "Biz guya vaxtilə at tövləsi olan abidəni
məhv edirik"
Dövlət Uşaq Teatrı ilə Milli
Parkın rəhbərliyi arasında gedən mübahisə
səngimir. Bu dəfə isə Milli Park teatrı 1 saylı
yerli İqtisad Məhkəməsinə verib.
Teatrın rəhbəri
İntiqam Soltan "OLAYLAR"a verdiyi açıqlamada
qarşı tərəfin təqdim etdiyi şikayət
ərizəsində həqiqətə uyğun olmayan
iddiaların yer aldığını vurğulayıb:
"Ərizədə bildirilir ki, guya biz tarixi-mədəni
abidəni məhv edirik. Onlar bu "abidə"ni
bizdən alıb, "qorumaq" istəyirlər. Halbuki
Vətən Kərimov bu binanı at tövləsi
etmişdi". İ.Soltanın sözlərinə
görə, bir sıra qəzetlər teatra qarşı
sifarişli yazılar yazır: "Təsəvvür edin ki,
jurnalist teatrımaza ünvanladığı böhtanlı
yazıda obyekti gah Dövlət Uşaq Teatrı, gah da Kukla
Teatrı kimi göstərib. Teatrın nə demək
olduğunu bilməyərək teatrı
ləkələməyə cəhd edir". Teatr
rəhbəri qarşı tərəfə ismarıc da
yolladı: "Vətən Kərimov yalnız İntiqam
Soltan kosmonavt olanda türk mədəniyyətinə xidmət
etdiyini dilə gətirə bilər".
Qolu, dili bağlı xalq
Bu hal görəsən
nə vaxtadək davam edəcək?
Yandırırlar! Ermənilər
bütün sərhəd boyu yandıra-yandıra gedirlər.
İşğal altında olan torpaqlarımız o
tərəfdə od tutub yanır, bu tərəfdə
bizlər isə ah çəkib, içimizdə qorun-qorun
yanırıq. Yox, ermənilərin torpaqlarımızı
yandırmağına yanmırıq. Bilirik ki, onlar bizə
tarixən düşməndir. Əlinə düşən ilk
fürsətdəcə bizim torpaqlar hesabına
ərazilərini bir az da genişləndiriblər. Həmin
ərazilərlə necə rəftar etməyi isə özləri
təyin edirlər. Bizim burada hoppanıb-
düşməyimizin və "lazımın
gəlməyini" gözləməyimizin heç bir
mənası yoxdur. Ancaq bizi yandıran
başbilənlərimizin bu səhnələrə
laqeydliyidir.
Bəlkə başbilənlərimiz
Qarabağı daha bizim ərazi hesab etmirlər? Bəlkə
arada bizim bilmədiyimiz gizli bir sövdələşmə
var? Son illər bizim məmurlar üçün
hər şeyin alınıb satılmasını, pulun
necə müqədds bir varlığa və
həyatlarının mənasına çevrilməsini
görəndən sonra, adamın içində qara-qura
şübhələr dolaşmağa başlayır.
Fikirləşirsən, Qarabağ da bəlkə...
Lənət şeytana! Belə
fikirləşəndə adamın damarlarında qanı donur.
Məhz donur, qaynamır. Yurdu yağı əlindəа olan bir xalqın damarında qanı
qaynamırsa (əyləncədən qaynayan qanı
demirik-E.M.), onun yaşamağa mənəvi haqqı yoxdur.
Xalqın başında duranların
qanları isə xalqın qanından da soyuqdur. Təbii ki,
belə soyuq qanla, belə laqeydliklə Qarabağın
dərdinə çarə qılmaq olmaz. Hələ o soyuq
qanların qarışıq olması da dərdimizin
üstünə bir dərd gətirir. Qarabağın
dərdinə çarə qılmadıqca onun dərdinin
üstünə yeni-yeni dərdlər də gəlir. Biz
isə o dərdləri həll etmək əvəzinə düşmən
dövlətin rəhbərləri ilə nəticəsiz
görüşləri görüşlərə,
danışıqları danışıqlara calaya-calaya
gedirik. Bunun sonu olacaqmı?
Ermənilər son illər qaçqınlar
üçün salınan yeni şəhərcikləri
görəndən sonra əmin olublar ki, biz Qarabağdan
əlimizi üzmüşük. Ermənilər
ona da əmin olublar ki, qaçqınlar üçün
tikilən yeni evlərin hər biri 20-25 min ABŞ dollarına
sənədləşdirildiyi halda, cəmi 6-8 min ABŞ dolları
xərcа çəkilirsə,
onda qaçqınlar kimi belə gəlir mənbəyindən
hələ çox istifadə edəcəyik. Deməli,
Qarabağın qaytarılması bizimkilərə
ümumiyyətlə sərf eləmir. Ona görə də
son günlər işğal olunmuş kəndləri
yandırmaqla bizə yanıq verirlər ki, torpağın
əsl sahibi onlardır. Torpağımızın
barını-bərəkətini sümürüb,
tüstüsünü də gözümüzə soxurlar ki,
kişiliyiniz çatırsa, gəlin torpaqlarınıza sahib
durun. Bir vaxtlar gədə-güdə bildiyimiz ermənilər
sübut etdilər ki, onlar əsl kişidirlər. Bir insan ki,
öz xalqı və dövləti üçün
canından, qanından və bütün var-yoxundan
keçirsə, niyə də onlar kişi
adlandırılmasın?
Namərd, xain, nakişi
adlandırdığımız bu qonşularımız,
Azərbaycan torpağı hesabına yoxdan dövlət
yaratmağı qarşılarına məqsəd qoyubsa və
zaman-zaman, addım-addım bu məqsədi həyata
keçirərək, tarixdə heç vaxt olmayan
dövlətlərinin ərazilərini bir az da genişləndirirsə,
niyə onlara namərd, xain, satqın deyək? Bəlkə bu
məfhumlar elə bizə aiddir? Əgər biz doğrudan da
namərd, xain, satqın olmasaydıq, bu gün ermənilər
torpaqlarımızı yandırıb külünü
göyə, tüstüsünü gözümüzə
üfürməzdi.
Torpağı işğal
altında olan xalq, toplarla paytaxtın dənizkənarı
bulvarında, mənasız bayramlarda
atəşfəşanlıq üçün yaylım
atəşi yox, həmin toplardan düşmənin
başına od ələyən mərmilər
yağdırardı. Erməni bizdə bu kişiliyi də
görmədi. Bu azmış kimi Qarabağ
ərazisində gizli partizan fəaliyyəti göstərmək
istəyən soydaşlarımızı da həbs edib
içəri doldurdular. Məgər belə hadisələri
ermənilər bilmirlər? Dığalar onu da yaxşı
bilirlər ki, onlara güllə atanların başına burada
nə oyun açıblar. Sağ qalan, həbs olunmayan,
Respublikanı tərk edə bilməyən şəhid
ailələrinin, əlillərin, Qarabağ
veteranlarının acınacaqlı durumu bizimkilərdən
daha çox ermənilərə məlumdur.
Ermənilərə o da məlumdur ki, onların Qarabağ
uğrunda döyüşlərdə bir neçə
nəfər milli qəhrəmanı və qalib ordusunda bir
neçə generalı olduğu halda, bizdə milli
qəhrəmanların və məğlub ordumuzda
generalların sayı bilinmir.
Belə olan surətdə qan töküb
aldığı torpaqda erməninin özünü necə
aparmasını biz tövsiyyə edə bilmərik. Onlar
artıq bizi yumurta kimi dişlərinə vurub yoxladılar
və gördülər ki, yumurtamız boşdur.
Yumurtamızın boşluğunu bu günlərdə
İrəvanda Beynəlxalq bir tədbirdə iştirak
edən iki deputatımız, Musa Urudov və Asəf
Hacıyev, əyani şəkildə göstəriblər.
Erməni jurnalistləri qarşısında dərsini
bilməyən birinci sinif şagirdi kimi dilləri topuq vuran
deputatlar, görəsən milləti təmsil etmək
üçün onlara peşkəş edilən o mandata
görə xəcalət hissi keçirdilərmi? Hələ
utanmadan deyiblər ki, "Biz Naxçıvanı
ermənilərə verməmişik". Deməli,
Qarabağı vermisiniz, ay lotular? Bəs bunu niyə
açıq demirsiniz? Açın hər şeyi, qoyun
ortalığa. Ermənilərin yandırdığı
Qarabağ torpaqlarının tüstüsünə kor olan bu
xalq da əsl həqiqəti bilsin. Bilsin ki, daha o torpaqlar onun
deyil, erməninindir. Erməni də öz torpağında
istəyər yanğın törədər,
istəyərsə də, at oynadar. Bizim isə o
yanğınlara baxıb içimizdə yanmaqdan başqa
əlimizdən heç nə gəlmir. Neçə
illərdir Qarabağı silahla azad etməyə qadir qollar
qandallanıb, "Qarabağ" deyən dillər susdurularaq
bağlanıb Bəs görəsən, nə vaxtacan bu xalq
qolu, dili beləcə bağlı oturacaq?
Elçin MƏMMƏDLİ